Manevi Ses Vicdan
Mənəvi Səs Vicdan

Vicdan, hər insana gözəl olan rəftarı və düşüncəni söyləyən, doğrunu və səhvi bir-birindən ayırt edə bilməsini təmin edən mənəvi bir xüsusiyyətdir. Vicdanın əhəmiyyətli bir xüsusiyyəti bütün insanlarda eyni olmasıdır. Yəni bir insanın vicdanına görə doğru olan, eyni şərtlər söz mövzusu olduğu müddətcə digər insanların vicdanları üçün də eynidir. Vicdanlar heç bir zaman zidd düşməz. Bunun səbəbi isə vicdanın qaynağıdır; vicdan insana Allahın ilhamıdır. Allah, hər insana vicdanı vasitəsi ilə Özünün razı olacağı ən doğru və ən gözəl rəftarları bildirir.Allah Quranda

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms Surəsi, 7-10) Buyurur.

Ayədə də bildirildiyi kimi insanı pisliklərdən çəkindirən və doğrunu göstərn vicdanıdır. Heç kim söyləməsə belə Vicdan, mütləq insana doğrunu göstərəcəkdir , ancaq əhəmiyyətli və mühim olan insanın vicdanına müraciət etməsi, onun nə dediyini dinləməsi və heç bir şey əksiltmədən vicdanın söylədiklərini tətbiqidir. Bu səbəblə də, vicdanın səsini dinləmək din əxlaqını yaşamanın təməl ünsürüdür də deyə bilərik. Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, Hər insan şüur sahibi olduğu andan etibarən Uca Allahın özünə ilham etdiyi vicdanının söylədiklərindən məsuldur. Ətrafındakı hadisələri idrak etməyə başlayan, mühakimə qabiliyyəti qazanan hər insan artıq vicdanının səsini duyacaqdır. Nəfsi ilə vicdanını ayırt edə biləcək qabiliyyətə və vicdanına uyğun gələ biləcək iradəyə sahib olmuş olacaq. Artıq bundan sonra qarşılaşdığı hadisələr əsnasında seçdiyi yoldan hesab günü sorğulanacaq; vicdanını dinləyən biri isə Allahın sonsuz Cənnətinə layiq görüləcək, nəfsinə uyan biri isə "qapıları kilidlənmiş" sonsuz bir odla qarşılaşacaqdır. Hər zaman vicdanımızın səsini dinləyək.

Seyyide Hamza Meriç



2014-06-18