|
|
![]() İslam dininin Peyğəmbər (səv) dövründən sonra yenidən ən doğru şəkildə yaşanacağı dövr ALLAHın icazəsiylə bir xeyli yaxınlaşmışdır. Mehdiyətin (hz Mehdi ə.s zamanı) təsiri son zamanlar baş verən hər hadisələrdə daha çox hiss edilir hala gəlmişdir. ALLAH hər şeyi bir səbəblə yaradar.Rəbbimiz insanların imtahanlarını səbəb üzərinə qurmuşdur. Ancaq hər şey qədərdə müəyyəndir. Yəni əslində səbəb də nəticə də qədərdə yazılı olduğu üçün vardırlar. Hər şey ALLAHın yazdığı kimi olar və olur. Beləliklə Mehdiyyət də, ALLAHın qədərdə yaratdığı ancaq insanların daha yeni fərqinə vardığı bir həqiqətdir. Yəni ALLAHın diləməsiylə, Mehdiyətin doğuşunu səbəb və nəticələriylə izləməyə başladıq artıq. İslamı yer üzünə son dəfə hakim etmək üçün ALLAHın Hz. Mehdi (ə.s)ı vəsilə edəcəyinə də birlikdə şahid olacağıq, inşaALLAH. Və zaman irəlilədikcə ALLAHın icazəsiylə Mehdiyətin təsirinin daha da artdığını görəcəyik. Hər haraya baxarsaq əgər bütün dünya ölkələrindəki siyasət adamlarının çıxışlarında birlik bərabərlik mesajları görərik.Bu öz özünə müstəqil olaraq baş verən çıxışlar deyildir .Əlbətdəki bütün hadisələr ALLAHın təqdiri,ALLAHın iradəsi ilə baş verir və hər bir hadisə tribunalarda səslənən hər bir kəlimə Mehdiyyətin xeyrinə zəmin hazırlayır inşaLAlah. Siyasi partiya liderlərimizin sevgi, barış və İslam qardaşlığı mesajları vemərləri həqiqətən də çox müjdəli bir vəziyyətdir. Bundan daha 10-20 il əvvəlinə baxıldığında, yalnız müəyyən bəzi siyasətçilərin çıxışlarında ALLAHı andıqları, Quran ayələrindən nümunələr verdikləri görüləcək. Ancaq indiki vaxtda Mehdiyətin kölgəsiylə vəziyyət çox dəyişmişdir, ALLAH sevgisi və iman cəmiyyətin hər seqmentinə yayılmışdır. Millətimizin imanı qüvvətlənmiş, ALLAHa olan bağlılığı artmışdır. Beləliklə bu vəziyyət imanlı Türk millətimizin içindən çıxan bütün Türk dövlətləri siyasətçilərimizə də əks olunmuşdur. Dünyamız xüsusilə keçdiyimiz əsrdə çox qaranlıq və sevgidən məhrum illər keçirmişdir. İnsanların ürəklərini sevgi yerinə kin və nifrət bürümüşdür Ancaq indiki vaxtda yaşanmağa başlayan Mehdiyət, 10 il sonra tam mənasıyla hakim olacaq; sevginin, barışın, qardaşlığın, gözəl əxlaqın ən coşğun şəkildə yaşanacağı dövr olacaq. Mehdiyət Dövründə, ALLAHın Quranda bizlərdən istədiyi sevgi anlayışı tam mənasıyla təcəlli edəcək. Necə ki ALLAHın Quranda bildirdiyi kimi Peyğəmbər Əfəndimiz (səv) təbliğ edərkən, "... De: 'Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm... (Şura surəsi / 23).'..."demişsə, inşaALLAH onun soyundan olacaq olan Hz. Mehdi (as) da insanlardan, "Qurana əsaslanan sevgi və iman" xaricində heç bir şey istəməyəcək. Mehdiyyət Sevginin İmanın ən gözəl şəkildə birlik və barış içində yaşanacağı bir dövürdür və bu dövr inşaALLAH çox yaxındır... |
|
|
|