|
|
![]() Müsəlman ətrafını da, özünü də daima gözəlləşdirən insandır. Daima özü üzərində çalışan, əxlaqını, həyat tərzini Quran əxlaqına uyğun olması üçün cəht edən kəsdir. Əlbəttə ki, bu cəhd insandan təvəkkül və səbr tələb edər. Necə ki, Allah bir Quran ayəsində belə buyurur: "Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir". (Nəhl surəsi / 99-100) Allah ayələrində, şeytanın iman edənlər və Allaha təvəkkül edənlər üzərində heç bir təsirinin ola bilməyəcəyini xəbər verir. Möminlər həyatlarını Allahın Quranda bildirdiyi hökmlər üzərinə qurduqları üçün - "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, ..." (Ənfal surəsi / 29) ayəsiylə bildirildiyi üzrə şeytanın tələlərini, özlərinə hansı yollarla yaxınlaşacağını Allahın icazəsiylə çox yaxşı görə bilərlər. Şeytana əsla fürsət verməz, hər vaxt hər mövzuda vicdanlarına görə hərəkət edərlər. Şeytanın hiyləsinin zəif olması və məcburedici bir gücünün olmaması, ümumiyyətlə, möminlər üzərində heç bir hökmünün olmaması, Allahın səmimi qulları üçün yaratdığı bir rəhmət və asanlıqdır. Çünki din əxlaqını yaşayan bir insanın qarşısında din əxlaqına qarşı mənfi bir güc olaraq şeytan vardır. Onun zəif və gücsüz olması isə insanların Quran əxlaqını yaşadığı təqdirdə heç bir çətinlik yaşamayacaqlarının bir göstəricisidir. Ancaq bunun üçün səmimi və mükəmməl bir iman lazımdır. Allaha təslim olmuş, səhər axşam Onu zikr edən, yer üzündə baş verən hər bir hadisənin Allahın idarəsində olduğunu bilən və ixlasla Rəbbinə yönələn möminlər şeytanın təsirlərinə qarşı güclüdür. Ayənin sonunda bildirildiyi kimi şeytanın təsiri ancaq Allaha şirk qoşan və onu inkar edən kəslər üzərindədir. Şeytan insanları Allahın yolundan döndərmək üçün səy göstərməyə, mübarizə aparmağa and içmişdir. Bu səbəbdən, iman etməyən, insanları Allahın yolundan döndərməyə çalışan, Allaha və din əxlaqına qarşı olan, insanlara Allahı, axirəti və məsul olduqları din əxlaqını unutdurmağa çalışan hər bir adam şeytanın dəstəkləyicisi və dostudur. Unudulmamalıdır ki, şeytan Allahdan ayrı müstəqil bir güc deyil. Şeytanı da Allah yaradıbdır və ancaq Allah dilədiyi üçün insanlara düşmən olmuşdur. Allah diləmədikcə də insanlar üzərində müstəqil bir gücü qətiliklə ola bilməz. Allah şeytanı da insanlar üçün bir imtahan vəsiləsi olaraq yaratmışdır. Ona uyanlar doğru yoldan uzaqlaşacaq, vicdanlarının səsini dinləyərək Allahın razılığına uyğun hərəkət edənlər isə əbədi qurtuluşa çatacaqlar, inşaALlah. Səmimi iman etmiş birinin, həqiqi möminin Allaha təvəkkül etməsi çox önəmlidir. İnsan təvəkkül etdikcə səbri öyrənər və Allah səbr edənləri sevər . ".... Həqiqətən, Allah səbir edənlərlədir! "(Bəqərə surəsi / 153) Təvəkkül imanın səthini açar, ruha, qəlbə rahatlıq verər. Ən əsası isə insana qədərə inanaraq, ona təslim olmanın zövqünü yaşadar. Təvəkkül edin. |
|
|
|