Dua İbadetin Ruhudur
Dua ibadətin ruhudur Dua, qulun Rəbbinə yönəlib Ondan kömək diləməsidir. İnsan, gücünün çatmadığı ehtiyaclarını əldə etmək, öz qüdrətiylə çata bilmədiyi arzularına çatmaq üçün Allaha sığınar. Çünki Allahdan başqa heç kim yoxdur ki, onun ən gizli arzularını bilsin və  yerinə yetirsin, ehtiyaclarını qarşılasın.

Dua bir ibadətdir. Hətta ibadətin ruhudur.

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranınduasını qəbul edərəm.... (2/186)

Necə ki, bir uşaq əli çata bilmədiyi bir ehtiyacını, bir arzusunu əldə etmək üçün ağlayar və onu istəyər, yəni acizliyinin diliylə dua edər və istəklərini əldə edər.Elə də, insan bütün canlılar içində nəzakətli və nazlı bir uşağa bənzər. Cənabı Haqqın dərgahına acizliyi ilə yalvararaq və ehtiyacıyla dua etməklə yönələr. 

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! (7/55)

İnsan dua vasitəsiylə Cənabı Haqqa yaxınlaşar. Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.(19/52)

Dua mənəvi rahatlıqdır.İnsanın ruhuna güvəndir ...Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.(9/103)

Beləliklə başa gələn müxtəlif çətinliklər və bəlalar, insana acizliyini və gücsüzlüyünü xatırladıb onu Rəbbinə yönəlməyə məcbur etməsi cəhətiylə rəhmətdir. Çünki insan xüsusilə belə vaxtlarda nə qədər aciz və çarəsiz olduğunu anlayıb sığınacaq bir yer tapmağa möhtac vəziyyətdədir. Dua bunun ən gözəl vəsiləsidir.

Dua bir ibadət olduğuna görə, onun yalnız və yalnız Allahın razılığını qazanmaq məqsədiylə edilməsi lazımdır. 

Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mənasız sözlərdən) başqa bir şey deyildir!( 13/14)

Bunun üçün insan acizliyini, təkliyini və çarəsizliyini bütün ruhuyla hiss edib özünə köməkçi olacaq, qorxulardan, narahatlıqlardan qurtaracaq yeganə varlığın Allah olduğunu düşünərək dua etməlidir. O Yaradıcı sonsuz bir qüdrət, bir rəhmət və bir hikmət sahibidir. Bütün kainat Onun əsəridir və Onun izni olmadan yarpaq belə tərpənə bilməz. Bütün kamal sifətlərin sahibi olan Cənabı Haqq, buna qarşılıq bütün nöqsan sifətlərdən münəzzəhdir. Yaratdığı canlı-cansız bütün varlıqları saysız nemətlərlə təchiz etmiş, onların üstündə insanı ən yüksək bir mövqe ilə şərəfləndirmişdir. Bunun üçün Cənabı Haqq sonsuz həmd və sənaya layiqdir. Onsuz da varlıqların yaradılış məqsədi də həmd, təsbeh, təkbirlə Ona qulluq etmək deyilmi? Beləliklə dua bundan ötəri çox əhəmiyyətlidir.

Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).(2/153)



2014-02-06