Samimiyet
Səmimiyyət 

Səmimiyyət qarşılıqsız sevgi və hörmət, nümayişdən, dünyəvi mənfəətdən uzaq davranış deməkdir. Hər hərəkətində, hər davranışında yalnız Rəbbinin razılığını, rizasını hədəfləməkdir, inşaAllah.


Allah Quranda səmimiyyət haqqında belə buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin.

Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: 'Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!' (Təhrim surəsi / 8) Ayədən də göründüyü kimi, insan günahlarından asılı olmayaraq Allaha səmimiyyətlə yönəlib tövbə etməlidir. Burada ən vacib olan davranış səmimiyyətidir. Başqa bir ayədə isə: "Sənin çağırışını ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər. ...(Ənam surəsi / 36),- deyə buyrulur.

Səmimi bir Müsəlmanın həyatındakı hər davranışının məqsədi Allahı rizasını qazanmaq və gözəl davranışların qarşılığını qarşısındakı insandan deyil, yalnızca Allahdan gözləməkdir. Allahın Quranda təsvir etdiyi əxlaq fədakarlıqda, çətinlikdə vəfa göstərməyə, hər zaman dürüst olmağa əsaslanır.

Səmimi bir Müsəlman qarşısındakı insanın dünyadakı imtahanın bir hissəsi olaraq bir çox acizliklə yaradıldığını bilir və sevdiklərini bu xüsusiyyətlərinə rəğmən şəfqət duyaraq sevir. Həmçinin səmimi mömin insan gözəl əxlaqlı olması üçün nəfsinə və şeytana qarşı daim mübarizədə olduğunu bilərək və düzəltməyə çalışdığı əxlaqi səhvləri rahatlıqla həzm edir və bağışlamayı bacarır.

 Bu əxlaqla yaşayan insan həm dünyada, həm də axirətdə rahat olar. İnsan çevrəsinə səmimiyyətlə yanaşmadıqca, vicdanən heç zaman rahat olmaz. Çünkü hər bir yaradılmışın fitrəti haqqı nahaqdan ayırd edə bilir. 

Məsələn, bir insan yalan danışdığında, səmimiyyətsiz davrandığında vicdanı dərhal ona etiraz edir, sadəcə olaraq biz zahirlə mükəlləf olduğumuz üçün bunu görə bilmirik. Möminlər isə qəlblərində daima Allahı andıqları üçün çox vaxt bu səmimiyyətsiz davranışı və yaxut da qarşısındakının yalan danışdığını hiss edə bilirlər, inşaAllah.

 ".... sən onların üzündə nifrət görərsən. ..."(Həcc surəsi / 72) "...Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan....  (Muhəmməd surəsi / 30) Səmimiyyət imandan qaynaqlanan bir haldır. İmanı olmayan kimsə qarşısındakı insana səmimi davranmaz. Şablon, içindən gəlmədiyi halda söhbət etsin deyə və yaxut da qarşısındakı insanın sevgisini qazansın deyə səmimiyyətsiz sözlər ifadə etmək Cahiliyyə toplumunun xüsusiyyətlərindəndir. Belə davranan kəslər Quranda fərz olan bir hökmü unudurlar. Ki, əsas olan insanların deyil, Allahın sevgisini qazanmaqdır. InşaAllah


2014-02-11