|
|
![]() Məsələn, ac olduğu halda əvvəl qardaşını yeməklə təmin etmək, yorğunkən əvvəl qardaşının istirahət etməsinə imkan tapmaq, səmimi bir müsəlmana vicdanı rahatlıq bəxş edər. "Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər.(İnsan surəsi / 8) Quran əxlaqıyla yetişmiş insanlar son dərəcə keyfiyyətli, nəzakətli, incə düşüncəli və duyarlıdırlar. Bir çoxları duyarlı olmaq ilə duyğusal olmaq xüsusiyyətlərini qarışdıra bilirlər. Amma bunlar bir-birindən çox fərqli, hətta bir-birinə zidd xüsusiyyətlərdir. Duyğusallıq Şeytanın insanları gizli bir hiylə ilə Quran əxlaqından uzaqlaşdırmaq üçün istifadə etdiyi rəftar pozuqluqlarından biridir. Duyğusal düşünməyə başlayan bir insan ağlının qərar verdiyi fikirlərdən uzaqlaşır, məqsədə uyğun olaraq doğru düşünə bilmə qabiliyyətini itirir. Quran əxlaqına uyğun düşünmək deyil, duyğularının əmri ilə ağıldan uzaq bir davranışla hərəkət etməyə başlayar. Duyğusallığın insana heç bir faydası yoxdur, əksinə, hər istiqamətdən - həm fiziki, həm də mənəvi olaraq insanı çox böyük bir zərərin içərisinə salar. Bu səbəbdən normal şərtlərdə heç bir insan kədərlənməsinə səbəb olan bir ruh halında olmaq istəməz. Ancaq Şeytan zəif xarakterli insanlara nəfslərinin zəiflik göstərdiyi nöqtələrdən yanaşar. Ona görə də hər hansı bir müsəlmanın qarşılaşdığı istənilən çətinlikdə öz duyğusallığı ilə deyil, Quranda əmr olunanlarla hərəkət etməsi daha doğrudur. Duyğusallıqla duyarlılıq kəlimə etibari ilə bir-birlərinə çox oxşasalar da, kəlimə mənasıyla bir-birindən tamamilə fərqlidirlər. Bir insan ətrafında baş verən hadisələrə, dünyada müsəlmanların başına gələn zülmlərə qarşı duyarlı olmalıdır ki əlindən gəldiyi hər bir yardımı etsin, əsla bu halda duyğusallığa qapılmamalıdır, yoxsa yardım etmək qabiliyyətini itirər, tam əksinə, özünə yardım lazim olar. Və sonda qeyd etmək istərdim ki, bu mövzu əslində vacib bir mövzudur. İnsalar duyğusallıq ilə duyarlı olmaq xüsusiyyətlərini bir-birindən fərqli bir hiss olduğunu bilmədikləri üçün həyatlarında çətinliklərə, depressiya halına düşmək kimi ruhi problemlərə yol aça bilirlər. Bir-birimizə qarşı, bütün insanlara qarşı duyarlı olaq, amma gəlin duyğusal olmayaq. İnsaAllah... |
|
|
|