Bu sayfadaki içerik, Adobe Flash Player'ın daha yeni bir sürümünü gerektiriyor.

Adobe Flash player Edinin


GÜNDEM POLİTİKA DÜNYA EKONOMİ SPOR 06 Temmuz 2014
  YAZARIN SAYFASI
İmanın diğer adı SEVGİ
Sevgi, eynilə Allah qorxusu kimi imanın əhəmiyyətli bir əlamətlərindəndir. Allahı çox sevən Müsəlman bir insan, Allahın təcəllilərinə qarşı da sevgi bəsləyər. Müsəlman bir insan üçün sevmək və sevilmək çox böyük bir nemətdir. Sevgisiz bir insanın ruhunda dərin bir boşluq vardır. Çünki Müsəlman incəliklərdən və gözəlliklərdən zövq almağı bilən, çox yaxşı müşahidə edən, estetik sahibi keyfiyyətli bir ruha malikdir. Qurana ürəkdən tam iman edərək yaşayan Müsəlmanlar hər dövrdə zamanın ən seçkin insanları olmuşdurlar. Sevgi seven insanın ruhunda daima bir cənnət həsrəti olduğu üçün, düşüncələri, baxışları, hərəkətləri ,söhbətləri hər vaxt keyfiyyətlidir. Bu xarakter bütün insanların etina etdiyi, hər kəsin yaşamaq istədiyi bir həyat şəklidir. Allaha və onun yaratdıqlarına qarşı həssas olmaq özü də bir ibadətdir. Edilən səmimi bir söhbət, sünilikdən uzaq təbii və səmimi rəftarlar böyük bir nemətdir.Əslində  belə bir nemət qarşısında heç olmassa insanın  içində şükr etməsi ayrıca  bir ibadətdir.  

Müsəlman daima sevgi istəyi sevgi axtarışı içində  olar. Allahın sevgisinə, razılığına duyduğu dərin ehtiyac, yaratdıqlarına qarşı da təbii olaraq sevgi ilə münasibət bəsləməsinə vəsilə olar. Həmişə cənnət həsrəti içərisində olduğu üçün, rəftarlarında, ruhunda, bədənində, ətrafında daima gözəllik axtarar.

Sevgi, sevgini gətirər. Ən qatı ürəkli insan belə sevgi şəvqət görərsə əyər getdikcə yumuşalar buna sadəcə səbir lazımdır.İnsanın qəlbinə sevgini qoyan Allahdır və buna başqa qəlblərlə də qarşılıq verən Odur. Daima sevgi verməyə zəhmət çəkən ,sevgi dolu rəftarı olan bir insan, səbirli rəftarına qarşılıq etdiklərinin meyvəsini mütləq bir yerdən  nə vaxt isə toplamaya başlayacaqdır.

Sevgi ciddiliklə son nəfəsinə qədər insanın yaşayacağı, iman kimi əsla itirməyəcəyi, əmək verilməsi lazım olan bir mövzudur. Çünki dinin özü sevgidir. Dünyanın mənası sevgidir. İmanının, ibadətlərinin, yaşamasının məqsədi də sevgidir. Allah sevgisi, Allah qorxusu.

İnsan həyatı boyunca Allaha duyduğu dərin sevgidən ötəri ibadətlərini axsatmadan yerinə yetirər. Allaha duyduğu dərin sevgidən hər gün namazlarını qılar. Allaha olan eşqindən, sevgisindən öz bədənindən, öz nəfsindən sıyrılan bir əxlaq yetkinlıyı  içində yaşayar

Atalarımızın bir sözü var *Yaxşılığa yaxşılıq hər kişinin işidir ,yamanlığa yaxşılıq ər kişinin işidir...*  Beləliklədə bu cümlədən göründüyü kimi ər kişi olmaq ər insan olmaq asant deyil bir insana  sevgi vermək əmək istəyər güc istəyər sənə qarşı şəvqətsiz sevgisiz olan birinə xoş davranmaq səbir istəyər insandan.Bunlar hamısı çox böyük güc tələb edər bizdən.Biz bu gücü yalnız Allah qorxusundan Allah sevgisindən, Allahı razı salmaq Onun rizasını qazanmağı düşünərək əldə edə bilərik. Bəli insana bu həyatda yeganə güc verən Allah sevgisidir,o sevgidən qaynaqlanan  imandır.

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq.(Məryəm surəsi 96)

Sevgi ən ciddiyə alınması, ən ciddiliklə yaşanması gərəkən mövzulardan biridir. Unutmayqa ki, Həyatın özüdür sevgi...

   
2013-12-11
YORUM YAP
Yorumlarınız onaylandıktan sonra yayına verilecektir. Uygun görülmeyen yorumlarınız yayınlanmayacaktır. Yasal zorunluluk olarak yorum yapan ziyaretçilerimizin IP bilgileri kayıt altına alınacaktır. Teşekkürler...

  YORUMLAR 1 sayfada toplam 1 yorum
sonayşengül toğuşlu
2013-12-12 12:24:25    ip: 85.106.250???
maşaAlah ne güzel akmış yüreginden sevgi kalemine ve daha sonrada bizlere canım benim Allah razı olsun seni çok seviyorum
.......................................................................................................................................................................
1
yazarın diğer yazıları