YAZARIN SAYFASI | |||
En Rahat Hayat Tarzı... | |||
![]() Quran qəti şəkildə doğruları söyləyən bir hidayət rəhbəridir. Hər mövzu haqqında Allahın Hz. Məhəmməd (s.ə.v) vəhy etdiyi ən doğru məlumatları bizə söyləyər. Bu səbəblə həyatlarında yalnız Quranı və Peyğəmbərimiz (s.ə.v)ın sünnəsini özlərinə rəhbər edinən insanlar, Allahın rəhmətinə və hidayətə qovuşarlar. Quranın bu xüsusiyyəti bir ayədə belə xəbər verilir: Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi / 9) Özünə rəhbər olaraq Quranı və Peyğəmbərimiz (s.ə.v)in yolunu seçən bir insanın həyatı, digər insanlardan çox fərqli olar. Məsələn bu insan içində heç bir zaman çətinlik, narahatlıq, qorxu, ümidsizlik, pessimizm hiss etməz, Çünki hər anında Allahın ayələri və Peyğəmbərimiz (səv)ın tətbiqləri onun üçün yol göstərici olar. Allahın yaratdığı qədərə tabe olduğunu unutmadan, ONA təslim olub güvənərək yaşayar. Qarşılaşdığı hər hadisəyə mütləq Allahın hökmləri ilə cavab verər. Tətbiq etmək istədiyi hər qərar, söylədiyi hər söz, yazdığı hər sətir Quran əxlaqını yaşadığının bir göstəricisidir. Bundan başqa həm də vicdanı daim təmiz olar və bunun gətirdiyi mənəvi dinclik ilə yaşayar. Allah Öz əyəsi ilə də Quran üçün belə buyurur: Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir. (Yunus surəsi / 57) Allah Quranda doğrularla səhvləri çox açıq bir şəkildə ifadə etmişdir. Bu səbəblə də vicdanlarının səsini dinləyib, nəfslərinin eqoist arzularından uzaq olan, Allahın hökmlərini tətbiqində qəti qərarlı olan hidayət əhli kəslər üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər təhsil səviyyəsindən insanın rahatlıqla anlaya biləcəyi, öyüdlərini qavraya biləcəyi hikmət dolu bir Kitabdır. Quranda buyurulan hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq son dərəcə açıq, aydın və çox asantdır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda nə izah edildiyini rahatlıqla qavraya bilər və bütün rəftarlarında və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Ta ha surəsi / 2-3) Bu mövzu eyni zamanda Quranın əhəmiyyətli bir sirridir. Quranı anlamaq üçün yüksək bir zəkaya ya da qabiliyyətə sahib olmaq deyil, səmimi bir niyyətə, dərin bir imana və ixlasa sahib olmaq lazımdır. Çünki Allah səmimi qullarına doğru yolları göstərər, onların Qurandan faydalanmalarını təmin edər. Quran bütün insanlara,insanlığa göndərilmiş bir Kitabdır, ancaq yalnız Allahdan qorxan, axirət gününə iman edən möminlər üçün bir hidayət vəsiləsi olar.Bu hidayət Allahdan səmimi iman edənlər üçün bir lütufdur.Quran əxlaqını yaşamaq ən rahat həyat tərzidir.Əsas olan sadəcə səmimi niyyətdir. |
|||
![]() ![]() ![]() |
|||
2014-01-08 | |||
|
|||